Suraxanıda maskalı şəxslər şirkətə basqın edib.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə fevralın 13-də saat 5 radələrində Suraxanı qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinin həyətinə girmiş 2 maskalı şəxsin oradakı traktorun hissələrini söküb apararkən nəzarətçi, Bakı şəhər sakini C.Muxtarovu bıçaqla hədələyərək getmələri barədə məlumat daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Bakıda şirkət rəhbərinin evinə "qara maskalı"lar girib? - DİN-dən açıqlama
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar - P.Abdullayev və C.Abdullayev müəyyən edilərək saxlanılıb.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Bizim.Media