''Bazarda valyuta çatışmazlığı yoxdur'' - AMB sədri

Hazırda oxunan: ''Bazarda valyuta çatışmazlığı yoxdur'' - AMB sədri

6081

“Görülən tədbirlər nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin olunub”.

Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

O bildirib ki, ölkənin strateji valyuta ehtiyatları il ərzində sabit qalıb.

“Mərkəzi Bankın valyuta ehtiyatları 3%-dən çox artıb. Çox əhəmiyyətli sabitlik təmin edilib. AMB-nin valyuta ehtiyatlarının artması da onu göstərir ki, bazarda valyuta çatışmazlığı yoxdur.

Biz bu ili aşağı inflyasiya ilə başa vura biləcəyik. Manatın məzənnəsinin sabitliyi bütövlükdə makroiqtisadi sabitliyin mühüm tərkib hissələrindən biridir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin