Rahatlığına düşkün olan 4 BÜRC – Onlar tənbəldirlər, yoxsa əhlikeyf?

Hazırda oxunan: Rahatlığına düşkün olan 4 BÜRC – Onlar tənbəldirlər, yoxsa əhlikeyf?

60789

Bəzən gündəlik olaraq hansı işləri görəcəyimizi əvvəlcədən planlaşdırsaq da, qarşımıza gözlənilməz sürprizlər çıxa bilir. Bəzi insanlar bunu normal qarşılayıb dəyişikliklərə qısa müddətdə adaptasiya olsalar da, bəziləri öz rahat faciə kimi qəbul edirlər. Bu tip insanlar bəzən günlərinin böyük bir hissəsini rahat şərait axtarmaqla keçirirlər.

Bizim.Media xəbər verir ki, insanların bu cür davranışları onların bürcləri ilə sıx bağlıdır.

Bəzi bürclərin nümayəndələri hər şeyi öncədən planlaşdıraraq özlərinə “konfort zona” yaratmağa meyillidirlər.

Həmin bürcləri təqdim edirik:

1. Buğa

Buğalar ən sakit və ağır insanlar hesab olunur. Onlar üçün rahat həyatlarının pozulmasından daha pis heç nə ola bilməz. Buğalar özləri üçün rahat olan şəraiti tapdıqdan sonra, ən gözlənilməz dəyişkənliklərə belə laqeyd yanaşırlar. Bu səbəbdən də buğa bürcünün əksər nümayəndələri tənbəl insanlar kimi xarakterizə olunurlar.

2. Xərçəng

Məkan bağları çox güclü olan xərcənglər işlər planlaşdırdıqları kimi getmədikdə xeyli aqressiv olurlar. Əksər hallarda isə, rahatlıqları pozulan xərçəng bürcünün nümayəndələri deyinməyə başlayır, yaxud da depressiyaya düşürlər. Normal halda mülayim olan xərçənglər, rahatlıqlarına qarşı təhdid hiss etdikləri anda 180 dərəcə dəyişirlər.

3. Şir

Şirlər öz istəklərinə uyğun hərəkət etmək məsələsində radikaldırlar. Bu bürcün nümayəndələrinin fikrincə, heç kim onların planlarını pozmağa cürət edə bilməz. Lakin şirlərin planı pozulduqda, onlar gözlənilənin əksinə sərt mövqe sərgiləmirlər. Belə olan hallarda şirlər ətrafındakı insanlara hiss etdirməsələr belə, daxilən inciyə bilirlər.

4. Tərəzi

Bu bürcün nümayəndələri öz rahatlıqlarına o qədər əhəmiyyət verirlər ki, onun pozulmaması üçün öz maraqlarını belə qurban verə bilərlər. Tərəzilərin həyatda ən böyük arzusu insanların onlardan uzaq durması və “konfort zona”larına daxil olmamasıdır. Nə baş verirsə versin, əgər tərəzilər rahatlıq tapıblarsa, heç nə onları maraqlandırmır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin