Ukrayna prezidenti Vladimir Zelenskinin atası Aleksandr Zelenskinin ölkədə vəziyyətin gərginləşməsi fonunda həyat yoldaşı ilə birlikdə Ukraynanı tərk etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, bundan əvvəl bəzi Ukrayna mənbələri preizdentin ailəsinin Ukraynanı tərk etdiyi barədə məlumat yayıblar.
Bundan sonra Zelenski həyat yoldaşı ilə video çəkib.
"Nə xarici ölkədir? Mən burada yaşayıram və işləyirəm! Niyə getməliyik? Bütün bunlar cəfəngiyatdır. Biz Ukrayna üçün ölməyi üstün tuturuq. Onlar yalnız cəfəngiyat uydururlar. Amma yaxşı olardı ki, onlar Ukraynanı müdafiə etmək üçün səngərlərə getsinlər”, - deyə Zelenski bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:23 / 18.02.2022
Atası Zelenskinin ölkədən qaçması xəbərlərini təkzib etdi
Hazırda oxunan: Atası Zelenskinin ölkədən qaçması xəbərlərini təkzib etdi
Hazırda oxunan: Atası Zelenskinin ölkədən qaçması xəbərlərini təkzib etdi
60776
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.