Özündən 19 yaş böyük türklə evlənən azərbaycanlı qadın ərini və uşağını atıb qaçdı – VİDEO 

Hazırda oxunan: Özündən 19 yaş böyük türklə evlənən azərbaycanlı qadın ərini və uşağını atıb qaçdı – VİDEO 

0:00
0:00
60705

ARB tv-də yayımlanan “Səni Axtarıram” verilişinə Türkiyədə yaşayan Əli adlı şəxs qoşulub. 

Bizim.Media xəbər verir ki, Xoşqədəm Xidayətqızının aparıcı olduğu proqrama qucağında azyaşlı uşaqla zəng edən türk vətəndaş azərbaycanlı həyat yoldaşının sənədini yeniləmək üçün Azərbaycana gəldikdən sonra geri qayıtmadığını açıqlayıb. 

“Sonuncu dəfə fevralın 1-i Naxçıvana giriş edəndə mənə zəng edib. Dedi ki, sərhəddəyəm, keçdikdən sonra səni yığacam. Ondan sonra əlaqə kəsilib. Telefonuna zəng çatmır. Daha əvvəl gedəndə uşağın sənədi olmadığı üçün geri qaytarılmışdı. Gedəndə ailəsi üçün də alış-veriş etmişdim ki, deməsinlər əliboş gəlib.

Ancaq getdikdən sonra xəbərim yoxdur. Aytəkin Ağdamlıdır, anası və bacısı ilə danışıram. Qohumları deyirlər ki, ora da getməyib”. 

Daha sonra bəlli olub ki, Aytəkin 3 il əvvəl Türkiyəyə gedərək özündən 19 yaş böyük Əli ilə evlənib. Hazırda Aytəkinin 33, Əlinin 52 yaşı var. Onların 7 aylıq övladı var. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin