UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk matçlarından sonra həftənin oyunçusu adına namizədlər açıqlanıb. 
Bizim.Media-nın məlumatına görə, "4-lüy"ə "Qarabağ"la Fransadakı qarşılaşmada "Marsel"in dubl etmiş hücumçusu Arkadiuş Milik də düşüb. 
 
MÖVZU İLƏ BAĞLI:
Qurban Qurbanov məğlubiyyətin səbəbini açıqladı - "Buna görə uduzduq"
Patson Daka ("Lester", İngiltərə), Yoel Andersen ("Midtüllan", İsveç) və Uqo Vetlesen ("Budyo Qlimt", Norveç) digər namizəd oyunçulardır. 
UEFA Avropa Liqasında isə "4-lüy"ə Qvido Rodriges ("Betis", İspaniya), Toni Martines ("Portu", Portuqaliya), Berat Cimsiti ("Atalanta", İtaliya) və Alfredo Morelos ("Reyncers", Şotlandiya) düşüb. 
Qalibin adına UEFA-nın rəsmi saytında keçirilən sorğu nəticəsində aydınlıq gələcək. 
Bizim.Media





























































































