Rusiya Xarici İşlər Nazirliyi təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-a cavab verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, rəsmi Moskvanın yazılı cavabı ABŞ-ın Rusiyadakı səfiri Con Sullivana təqdim edilib.
Dərc edilmiş 11 səhifədən ibarət sənəddə Rusiyanın bir sıra tələbləri yer alıb. Bunlardan dördü daha çox diqqət çəkib:
• Rusiyanın müəyyən ərazilərindən qoşunların çıxarılması tələbinin qəbuledilməzliyi vurğulanıb.
• Ukrayna ətrafında gərginliyin azaldılması üçün rəsmi Kiyev Minsk razılaşmalarına əməl etməli, Ukraynaya silah tədarükünü dayandırmalı və artıq tədarük edilmiş silahlar geri götürməli, bütün Qərb müşavirlərini və təlimatçılarını geri çağırmalıdır, NATO-nun Ukrayna ilə təlimlərdən imtina etməsi lazımdır.
• Rusiya ABŞ-ın bütün qüvvələrinin və silahlarının Mərkəzi və Şərqi Avropa və Baltikyanı ölkələrindən çıxarılmasında israrlıdır.
• Rusiya ABŞ və NATO-dan şərqə doğru genişlənməkdən qanuni imtinasının məzmunu və formaları ilə bağlı konkret təkliflər gözləyir.
Oral Mədənçi, Bizim.Media
- A-
- A
- A+
Dünya
18:14 / 17.02.2022
Rusiyadan ABŞ-a TƏHDİD xarakterli CAVAB - SƏRT TƏLƏBLƏR var
Hazırda oxunan: Rusiyadan ABŞ-a TƏHDİD xarakterli CAVAB - SƏRT TƏLƏBLƏR var
Hazırda oxunan: Rusiyadan ABŞ-a TƏHDİD xarakterli CAVAB - SƏRT TƏLƏBLƏR var
60633
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.