Şöbə müdiri DANIŞDI: “Mənə töhmət verilsəydi, bundan xəbərim olardı”

Hazırda oxunan: Şöbə müdiri DANIŞDI: “Mənə töhmət verilsəydi, bundan xəbərim olardı”

0:00
0:00
60617

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev özünün töhmət alması və Xidmətin şöbə müdiri Malik Əliyevin işdən çıxarılması ilə bağlı xəbəri təkzib edib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə REAL TV-yə açıqlamasında bildirib:  

“Əgər mənə töhmət verilsəydi, bundan xəbərim olardı... İkinci əməkdaş isə artıq 7-8 gündür ki, məzuniyyətdədir. O yanvar ayının əvvəlində əməliyyat olunmuşdu. İlin əvvəlində iş çox olduğu üçün biz ondan xahiş etmişdik ki, işə qayıtsın. Gərginlik azalandan sonra o, məzuniyyətini davam etdirir”.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda yolu bağlayan TIR-larla bağlı RƏSMİ AÇIQLAMA –  “İcazə” blankı niyə verilməyib?


Xatırladaq ki, bu gün səhər saatlarında 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlayıb. “R-Group” şirkətinin sürücüləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etiraz ediblər. 

TIR-ların yolu bağlı saxlaması nəticəsində nəqliyyatın hərəkətində bir müddət böyük tıxac yaranıb. Sonradan Dövlət Yol Polisi İdarəsinin əməkdaşları TIR-ları evakuator vasitəsi ilə yoldan çəkdikdən sonra nəqliyyatın hərəkəti bərpa edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin