Ombudsmandan Qaradağlı faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ

Hazırda oxunan: Ombudsmandan Qaradağlı faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ

0:00
0:00
60601

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qaradağlı faciəsinin 30-cü ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Ombudsman Aparatından Bizim.Media-ya verilən məlumata görə, müraciətdə bildirilib ki, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Qaradağlı soyqırımından 30 il ötür.

"1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndinə hərbi təcavüz etməklə mülki əhaliyə qarşı soyqırım cinayəti törətmişdir. Bu qanlı cinayət nəticəsində Qaradağlı kəndi işğal olunaraq yandırılmış, 118 nəfər dinc sakin girov götürülmüş və onlardan 68 nəfəri amansızcasına qətlə yetirilmişdir.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 30 il ötür


Ermənistanın hərbi-siyasi rəhbərliyinin azərbaycanlılara qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin davamı, Azərbaycan xalqına bəslədiyi nifrətin ifadəsi olan Qaradağlı soyqırımına beynəlxalq qurumlar tərəfindən hüquqi qiymət verilməli, sülh və bəşəriyyət əleyhinə yönəlmiş bu cinayət əməlini törədənlər beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməlidirlər", - deyə çağırışda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin