Xəbər verildiyi kimi millət vəkili Tahir Kərimli oyuncaq əjdaha ilə video çəkib. Deputat onu ölümlə hədələyən şəxslərə səslənərək “Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən” – deyə, bildirib.
Bizim.Media xəbər verir ki, deputat sosial şəbəkələrdəki çıxışı ilə bağlı Baku TV-yə müsahibə verib. Dəfərlə ölümlə hədələndiyini deyən Tahir Kərimli ən son evinin qapısında asılmış kiçik kağız parçasında yazılanlardan narahat olduğu üçün belə bir çıxış hazırladığını bildirib.
MÖVZU İLƏ BAĞLI:
Tahir Kərimlidən onu hədələyənlərə əjdaha cavab – VİDEO
Həmçinin təhdidlə bağlı kağız parçasının Moskvadakı ünvanlardan birindən gəldiyini dilə gətirib. Deputat müsahibəsində AMEA-nın prezidenti Ramiz Mehdiyevə etdiyi etirazdan da danışıb.
Ətraflı təqdim edəcəyimiz videogörüntüdə:
Alçina Amilqızı, Bizim.Media