Ukraynada müharibə başlasa, GUAM qarışa bilərmi? – Politoloqdan TƏFƏRRÜAT

Hazırda oxunan: Ukraynada müharibə başlasa, GUAM qarışa bilərmi? – Politoloqdan TƏFƏRRÜAT

60583

Rusiya-Ukrayna münasibətləri gərginləşməkdə davam edir. Artıq bir sıra böyük ölkələr səfir və diplomatlarını, həmçinin vətəndaşlarını Ukraynadan təxliyə etməyə başlayıb. Potensial müharibə təhdidi mövcuddur desək, səhv etmərik.

Böhranın dərinləşdiyi bir zamanda Azərbaycanın necə addım atacağı, hansı pretentativ tədbirlər görəcəyi, eləcə də GUAM Demokratik və İqtisadi İnkişaf Birliyinin ehtimal olunan “krizis”ə qarşı davranışı hər kəsə maraqlıdır.

Siyasi ekspert Elman Vəliyevlə də bu barədə danışdıq. O, Bizim.Media-ya açıqlaması zamanı bildirib ki, Rusiya-Ukrayna “krizis”i super gücləri qarşı-qarşıya qoyub. Yəni bu konflikt Rusiya ilə NATO arasındadır.
 

MÖVZU İLƏ BAĞLI:

Bu il GUAM liderlərinin sammiti keçiriləcək


- Bəs onda bu böhran zamanı GUAM üzvləri necə davranacaq? Təhlil edə bilərsiniz?

“GUAM-ın burada çox mühüm rolu yoxdur. Azərbaycanın mövqeyi problemin diplomatik danışıqlar çərçivəsində həll edilməsidir. Həm Ukrayna, həm də Rusiya Azərbaycanın yaxın əməkdaşlarıdır. Azərbaycan bunu nəzərə alaraq birtərəfli siyasət yeritmir. Gürcüstanda, Moldovada Rusiyanın bazaları var.

Moldovanın isə öz problemləri kifayət qədərdir. Bunlar kiçik fiqurlardır. Azərbaycan isə iki tərəf arasında vasitəçi olmağa hazır olduğunu və konfliktin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bildirilib.

Yəni Rusiya bu bölgələrdə öz sütunlarını möhkəmləndirib. Problem GUAM-ın həll edə biləcəyi problem deyil. Bu Rusiyanın siyasi arenada güc nümayişidir, Rusiyanın NATO-ya diktəsidir. Subyektlər Rusiya və NATO, obyekt isə Ukraynadır”.

Politoloq qeyd edib ki, əslində müharibə olma ehtimalı çox azdır. Yox, əgər müharibə olarsa, Azərbaycan Ukraynaya köməklik göstərməyəcək:

“Çünki Ukraynaya Azərbaycanın yardımı Rusiya ilə olan münasibətlərə xələl gətirər. Bir də ki, GUAM elə də böyük təşkilat deyil. Bu təşkilat əməkdaşlıq, ticarət dövriyyələri üçün qurulub və bu problemə də GUAM kontekstində baxmağa dəyməz”. 

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin