Bakıda bir mənzili iki nəfərə satan şəxs həbs edildi - FOTO

Hazırda oxunan: Bakıda bir mənzili iki nəfərə satan şəxs həbs edildi - FOTO

6058

Bakıda bir mənzili iki nəfərə 400 min manata satan eks-şirkət direktoru cinayət məsuliyyətinə cəlb edilib.

"Troya LTD” MMC-nin sabiq direktoru Tağıyev Elşad Balay oğlu 2016-cı ildə Nəsimi rayonu, Q.Quliyev küçəsi 38 ünvanında inşa edilmiş yaşayış binasında 4 otaqlı, 236 kv.m sahəsi olan 38 saylı mənzili 190 min manata Ağamalıyev Xəqani Bayram oğluna satıb.

2018-ci ildə şirkətin direktoru dəyişib, E.Tağıyevin yerinə qardaşı oğlu Ceyhun Tağılı təyin edilib.

Bu dəfə isə C.Tağılı eyni mənzili 188 min manata Ramid Mustafazadəyə satıb. Hazırda ev R.Mustafazadənin istifadəsindədir.

Zərərçəkən Xəqani Ağamalıyevin şikayəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə E.Tağıyev vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham edilib.

Prokurorun təqdimatı ilə Binəqədi rayon məhkəməsi Elşad Tağıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Dekabrın 21-də keçirilən növbəti prosesdə hakim Fərid Əmirəliyevin qərarı ilə E.Tağıyev ev dustaqlığına buraxılıb. (Qafqazinfo)

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin