Köçəryan Türkiyənin regionda artan rolunu etiraf etdi

Hazırda oxunan: Köçəryan Türkiyənin regionda artan rolunu etiraf etdi

0:00
0:00
60566

“Ətrafımızda heç nəyin baş vermədiyini iddia etmək vətənə xəyanətdir”.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu fevralın 17-də Ermənistanın eks-prezidenti Robert Köçəryan mətbuat konfransında Azərbaycan və Türkiyə arasında “Şuşa bəyannaməsi” ilə bağlı sualı cavablandırarkən deyib.

“Bəyannamədə Cənubi Qafqazda bizim xeyrimizə olmayan ciddi geosiyasi proseslərdən bəhs edilir. Belə bir ifadə var: bublik dəliyi. Belə getsə, ona çevriləcəyik.
 

MÖVZU İLƏ BAĞLI:

Robert Köçəryan erməniləri yenə aldatdı – MƏQSƏDİ fləşmob hazırlamaq olub - FOTO


Bu bəyannamə Türkiyənin regionda artan rolunu, Azərbaycanla müttəfiqlik, strateji münasibətlərin formalaşmasını təsbit edir”, - Köçəryan qeyd edib.

“Mənim təəssüratıma görə, bu hakimiyyət hesab edir ki, təhlükəni adlaya bilməyəcəklər. Və həmişə də belə düşünüblər. Sadəcə bir anda hakimiyyətə gəldikdən sonra bu yanaşmaları müəyyən qədər gizlətməyə çalışıblar, amma əslində onların siyasi komandasının tərcümeyi-halına və əvvəllər söylənilən fikirlərə nəzər salsanız, bu, tamamilə dediyim konsepsiyaya uyğun gəlir. Bu, faktdır”, - Ermənistanın eks-prezidenti qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin