TIR sürücüləri kimə ETİRAZ EDİR? - Süni əngəl yaradan qurum ORTAYA çıxdı 

Hazırda oxunan: TIR sürücüləri kimə ETİRAZ EDİR? - Süni əngəl yaradan qurum ORTAYA çıxdı 

60563

Xəbər verildiyi kimi, bu gün səhər saatlarında beynəlxalq yükdaşıma fəaliyyəti göstərən 4 yük avtomobil sürücüsü Heydər Əliyev prospektində yolu bağlayıb. Sürücülər Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən icazə vərəqələrinin verilməsi tələbi ilə sözügedən prospektdə tıxac yaradıblar.

TIR sürücüləri yük avtomobilinin üzərində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Anar Rzayevin və şöbə müdiri Malik Əliyevin adlarını həkk edərək, daşıdıqları məhsulların sıradan çıxdığına etiraz ediblər.  

Dövlət Avtomobil Nəqliyyatı Xidməti hələki baş verənlərlə bağlı rəsmi açıqlama verməyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda yük maşınlarının bağladığı yol açıldı


Bizim.Media-nın əldə etdiyi məlumata görə, əslində problemin kökü Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) arasında yaranmış anlaşılmazlıqdan qaynaqlanır.

Belə ki, hər iki qurum TIR sürüclərinə süni əngəllər yaradır. Kvotanı müəyyənləşdirən ABADA blankların sayının az olmasını əsas gətirir, “icazə vərəqəsi”ni təqdim edən DANX isə ancaq özlərinin himayəsində olan, yaxud müxtəlif məmurlara aid olduğu bildirilən firmalara bu lisenziyanı verir. Elə bu səbəbdən TIR sürücüləri çarəsiz durumda qalıb.

İddialara görə TIR sürücülərinin vəziyyəti Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş rəisi Həbib Həsənov vəzifədən uzaqlaşdırılandan sonra, yerinə gələn Anar Rzayevin dövründə daha da ağırlaşıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş rəisi Həbib Həsənov isə hazırda ABADA-nın idarə heyətinin sədridir.

Görünən odur ki, iki qurum rəhbəri arasındakı anlaşılmazlıq və bölgüsüzlük dolayından TIR sürücüləri ciddi zərərlə qarşılaşıblar. 

Məsələ ilə bağlı hər iki quruma müraciət etsək də, zənglərimizə cavab verən olmayıb. 

Aldığımız digər məlumatda isə bildirilir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti rəhbərliyi yaranmış problemlə bağlı ictimaiyyətə açıqlama vermək üçün toplanıb. Tezliklə müraciət olacaq.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin