Xəbər verildiyi kimi AMEA prezidenti Ramiz Mehdiyev 3 gün əvvəl tutduğu vəzifədən istefa verdi. Akademik hələki istefa ərizəsini ölkə başçısı İlham Əliyevə təqdim etməyib.
Hazırda ən çox müzakirə olunan məsələlərdən biri AMEA-da yeni prezidentin kim olacağıdır. Namizədlərin sırasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Urxan Ələkbərov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat İnstitutunun direktoru, professor Misir Mərdanovun olduğu deyilir. İctimaiyyətdə də AMEA-ya rəhbər kimi keçmiş təhsil naziri Misir Mərdanovun adı çəkilir.
MÖVZU İLƏ BAĞLI:
Misir Mərdanov: "Yeganə çıxış yolu Ramiz Mehdiyevin vəzifəsindən getməsidir"
Məsələ ilə bağlı keçmiş təhsil naziri Misir Mərdanovun mövqeyi ilə maraqlandıq.
Misir Mərdanovun isə Bizim.Media-ya cavabı belə olub:
“AMEA-nın prezidentini ictimaiyyət deyil, AMEA-nın ümumi yığıncağında akademiyanın həqiqi üzvləri seçir”.
“Özünü AMEA prezidenti kimi görürmü?” – sualına isə Misir Mərdanov susqunluqla yanaşıb.
Qeyd edək ki, əvvəlki təcrübələrə görə Elmlər Akademiyasının prezident vəzifələrini təbiət və dəqiq elmləri təmsil edən alimlər idarə edib.
Alçina Amilqızı, Bizim.Media