Taylandın paytaxtı Banqkokun adı dəyişdirilib.
Bizim.Media xəbər verir ki, paytaxtın yeni adı Krunq-Thep-Maha-Nakhon olub.
Şəhərin yeni ismi təsdiqlənsə də, Banqkok adı da işlənməyə davam edəcək.
Rəsmi açıqlamada yeni adın yalnız Xarici İşlər Nazirliyinin müşahidəsi ilə bütün qanun layihələrini yoxlayan komitə tərəfindən yoxlanıldıqdan sonra qüvvəyə minəcəyi elan edilib.
Xatırladaq ki, Banqkok rəsmi olaraq 2001-ci ilin noyabr ayından istifadə olunur.
Bu ad hazırda paytaxtın daha böyük paytaxt ərazisi olan Banqkok Noi və Banqkok Yai rayonlarının bir hissəsi olan Banqkokun köhnə bölgəsindən gəlir.
Taylandlılar isə paytaxt şəhəri həmişə Krunq-Thep-Maha-Nakhon (bu "Krung Thep Mahanakhon Amon Rattanakosin Mahinthara Ayuthaya Mahadilok Phop Noppharat Ratchathani Burirom Udomratchaniwet Mahasathan Amon Piman Awatan Sathit Sakkathattiya Witsanukam Prasit" ifadəsinin qısaldılmış versiyasıdır - Red) adlandırıblar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:20 / 17.02.2022
Banqkokun adı dəyişdirildi – Bundan sonra belə adlandırılacaq
Hazırda oxunan: Banqkokun adı dəyişdirildi – Bundan sonra belə adlandırılacaq
Hazırda oxunan: Banqkokun adı dəyişdirildi – Bundan sonra belə adlandırılacaq
60528
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.