Futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, qarşılaşmalar İtaliya və Avstriyada gerçəkləşib.
"İnter" "San Siro"da İngiltərənin "Liverpul" klubuna məğlub olub. Qolları Roberto Firmino 75-ci, Məhəmməd Salah isə 83-cü dəqiqədə vurub.
"Zaltsburq" isə Almaniyanın "Bavariya" komandası ilə görüşdə qələbəni son anda əldən verib. Matçın 21-ci dəqiqəsində Adamu Çikvubuykenin qoluna 90-cı dəqiqədə Kinqsli Koman cavab verib.
Cavab görüşləri martın 8-də gerçəkləşəcək.
Qeyd edək ki, səkkizdəbir final mərhələsinin ilk iki oyununda "Paris Sen-Jermen" Fransada İspaniyanın "Real Madrid" klubunu 1:0, İngiltərənin "Mançester Siti" komandası isə Portuqaliyada "Sportinq"i 5:0 hesabı ilə yenib.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:22 / 17.02.2022
Çempionlar Liqası: “Bavariya” məğlubiyyətdən son dəqiqələrdə xilas oldu
Hazırda oxunan: Çempionlar Liqası: “Bavariya” məğlubiyyətdən son dəqiqələrdə xilas oldu
Hazırda oxunan: Çempionlar Liqası: “Bavariya” məğlubiyyətdən son dəqiqələrdə xilas oldu
60521
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.