Deputatlar sabah Birləşmiş Ərəb Əmirliklərinə gedir

Hazırda oxunan: Deputatlar sabah Birləşmiş Ərəb Əmirliklərinə gedir

60482

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Soltan Məmmədov, Mahir Abbaszadə və Elnur Allahverdiyev fevralın 17-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, işgüzar səfər zamanı bir sıra görüşlər keçirəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Deputatlar Bakıdan çıxmaqdan niyə çəkinirlər? – “Ailəmdə problemlər var”


Bu görüşlərdə iki ölkə arasında iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, parlament əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, səfər fevralın 20-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin