Dünya gücləri SEYTNOT vəziyyətində - Ukrayna üzərində oynanılan oyun dayandırılacaqmı?

Hazırda oxunan: Dünya gücləri SEYTNOT vəziyyətində - Ukrayna üzərində oynanılan oyun dayandırılacaqmı?

60470

Artıq bir müddətdir ki, dünya mətbuatının gündəmi Qərblə Rusiya arasında yaranmış qarşıdurmya məhkum olub. Demək olar ki, hər gün Ukrayna ətrafında yaranmış gərgin siyasi və hərbi vəziyyətlə bağlı olan məlumatlar dünya gündəmini zəbt edib. Sanki, müharibənin başlanacağı an məsələsi olub. Hətta, qərb KİV-i artıq bir neçə dəfə müharibənin başlanacağı dəqiq tarixi də söyələyib. Lakin bu günə qədər Ukrayna cəbhəsində ümumi gərginlik müşahidə olunsa da real hərbi əməliyyatlar başlamayıb.

Qarşılıqlı ittihamlar və hədələrin müşayiət olunması ilə yanaşı son 72 saat ərzində Ukrayna ətrafında Qərblə Rusiya arasında münasibətlərdə bir sıra maraqlı məqamlar meydana çıxdı.

Belə ki, ilk öncə kollektiv Qərb tərəfindən təklənən Rusiyada qarşıdurmanın daha çox diplomatik müstəvidə həll olunması istiqamətində ciddi mesajlar verildi. 14 fevralda Kremldə Rusiya prezidenti ayrı-ayrılıqda xarici işlər və müdafiə nazirlərini qəbul etdi. Görüş zamanı Rusiya prezidenti Putin tərəfindən Xarici işlər naziri Serqey Lavrova ünvanlanmış sulların daha çox “diplomatik həll” variantı ilə cavablandırılması və danışıqlar üçün hələ də limitin bitməməsi cavabının verilməsi onu deməyə əsas verir ki, Rusiya rəsmi olaraq danışıqlar vasitəsilə münaqişənin bitməsində maraqlıdır. 
 

Bununla yanaşı, Rusiyanın Şərq cəbhəsində keçirilən irihəcmli hərbi təlimlərin uğurla keçməsi və bu təlimlər zamanı ABŞ-a məxsus sualtı qayığın aşkarlanması faktı da ona işarə edir ki, Qərbin Rusiyaya qarşı sərgilədiyi əzələ nümayişi dərhal cavablandırla bilər.


Nəbz yoxlaması zamanı da Rusiyanın ayıq-sayıqlığı bir daha özünü göstərdi. Cünki, əsas qüvvələrin Ukrayna sərhədlərində cəmləşdiyi bir vaxtda Şərq istiqamətində hansısa bir inversiyanın Qərb tərəfindən ehtimal oluna bilməsini məhz belə yoxlama ilə sübuta yetirmək olardı.  

Digər mühüm addım isə qarşıdurmanın mərkəzində olan Ukrayna tərəfindən atıldı. 15 fevral Tarixində Ukrayna prezidenti 16 fevralı Ukraynada “Milli birlik” günü kimi qeyd etdi. Məhz 16 fevral Qərb KİV tərəfindən Rusiyanın Ukraynaya hücum edəcəyi ən son real tarix kimi göstərilmişdi. Bunun ardınca Rusiya Müdafiə nazirliyi Baş Qərargahının rəsmisi Ukrayna cəbhəsində hərbi təlimlər adı ilə cəmləşmiş birliklərinin öz dislokasiya yerlərinə qayıtmaları anonsunu verdi. Baş verən bu hadisələr fonunda Zelenski öz xanımı ilə Ukraynada olduğunu və bu çətin zamanda Ukraynadan qaçmaq istəyən şəxsləri öz fikirlərindən çəkinmələrini bildirdi.

Artıq bu gün Ukraynada rəsmi olaraq “Milli birlik”  günü ilə bağlı şənliklər başlayıb.

ABŞ başda olmaqla bir sıra Avropa dövlətlərinin bu münaqişə ilə bağlı sərgilədiyi mövqe daha maraqlıdır. ABŞ rəsmilərinin dilindən öz diplomatlarını Ukraynadan çıxarmaq, amerikalıların Ukraynaya səfərlərini təxirə salmaq və hətta, Blinken tərəfindən səfirliyin Kiyevdən Lvova köçürülməsi kimi bəyanatlar artıq səslənib. ABŞ tərəfindən hərbi təyinatlı yük daşıyan 10-a yaxın təyyarə Ukraynaya uçuş edib. 
 

Ən yaxın müttəfiq olan Böyük Britaniya da bu məsələdə ABŞ-a dəstək olub. Qərb KİV maşını tam şəkildə Rusiyaya qarşı təbliğatı davam etdirir.


Avropa ölkələrinin daxilində yaranmış vəziyyətlə bağlı iki və ya üçtirəlik yaranıb. Bir sıra Avropa dövlətlərinin məsələn Fransa, Almaniyanın rəhbər şəxslərinin Rusiyaya səfərləri oldu. Qərbin bir növ elçiləri kimi çıxış edən bu dövlətlər Avropanın ümimi təhlükəsizlik strategiyasının qorunması və Rusiyanın ciddi tələbləri arasında ciddi təkliflər və seçim qarşısında qalıb.

Rəsmi NATO bu müaqişənin əsas tərəflərindən biri kim baş verən hadisələri tam ciddiyyəti ilə izləyir. Məhz NATO-nun Şərqə doğru irəliləməsi nəticəsində bu gün Qərblə Rusiya arasında  münasibətlər pik həddə çatmışdır.

Buna görə də NATO bu məsələdə daha dəyişməz və radikal mövqe nümayiş etdirməkdə davam edir.

Bu gün NATO-nun baş katibi öz müsahibəsində rus qoşunlarının bir hissəsinin geri çəkilməsini, lakin hərbi texnikanın hələ də Ukrayna sərhədlərində mövcudluğnu qeyd edib. Bu bir tərəfdən təqdirəlayiq hal kimi qiymətləndirilsə də digər tərəfdən Rusiyanın münaqişəni eskalasiya etmək ehtimalını hələ də saxlayır. Bu halın davam edəcəyi müddət ərzində NATO Rusiyanın hərəkətlərini ittiham etməkdə israrlı olacaqdır.
 

Sonda onu qeyd etmək olar ki, Avropa və Asiya şahmat lövhəsində yaranmış bu seytnot vəziyyətində əsas içtirakçılar demək olar ki, bütün gedişləri ediblər.


Müharibənin başlamasında hər iki cəbhəni çəkindirən əsas məqam, həm Qərbin, həm də Rusiyanın nüvə arsenalına malik olmasıdır. Məsələnin bu həddə çatdırlmasında hər iki tərəf ehtiyat edir. Belə olan vəziyyətdə seytnotdan çıxmaq üçün ya oyun dayandırılmalı, ya da heç-heçə elan olunmalıdır.

Amid Əliyev, Politoloq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin