Duracaq və parklanma yerlərinə görə ödənişlərə DƏYİŞİKLİK 

Hazırda oxunan: Duracaq və parklanma yerlərinə görə ödənişlərə DƏYİŞİKLİK 

60452

Ədliyyə Nazirliyi bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi, bələdiyyə torpaqlarından səmərəli istifadə olunması, yerli vergi və ödənişlərin toplanmasındakı problemlərin aradan qaldırılması ilə bağlı qanunvericiliyə dəyişikliklərlə əlaqədar təkliflər paketini Nazirlər Kabinetinə göndərib. 

Bizim.Media-nın məlumatına görə, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb. 

Azərbaycanda bələdiyyə ərazisində duracaq və parklanma yerlərinə görə ödənişlərlə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək. 

Təkliflər paketində Mülki, Torpaq və İnzibati Xətalar məcəllələrinə, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Bələdiyyələrin statusu haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" və s qanunlara dəyişikliklər nəzərdə tutulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin