“16 yanvar 1990-cı il... Axşam bağdan “Allahu Əkbər” səsini eşidib eyvana çıxdım. Son 20 ildə “abidələrin mühafizəsi” idarəsinə çevrilmiş və bizim yanımızda olan məscidin minarəsinə 5-6 gəncin qalxdığını gördüm. Əllərində milli respublikamızın üçrəngli bayrağı dalğalanırdı. Bu gənclər əcdadımız Məhəmməd Əmin Rəsulzadənin qaldırdığı bayrağı minarəyə qaldıraraq “Allah-u Əkbər” qışqırmağa başladılar. 20-25 yaşlarında idilər.
Onlar üçrəngli dövlət bayrağımızın varlığından necə xəbərdar idilər? Dili kəsiləndə doğulan bu gənclər bu müqəddəs sözün sirrini, qüdrətini haradan bilirdilər? Qulaqlarının eşitmədiyi, gözlərinin görmədiyi, dillərinin danışmadığı üçrəngli bayraq, Məhəmməd Əminin ruhu və “Allah-u Əkbər” nidası onların yaddaşında yaşamış, sanki onları içdən gizli bir atəş kimi yandırırmış”.
Bəxtiyar Vahabzadənin qeyd etdiyi bu cümlələr hər birimizə tanışdır. Bu cümlələr qan yaddaşımızın varlığının və hər zaman varlığını sönməz bir od kimi qoruyacağının sübutudur.
“Qan yaddaşı dilimizə, mahnılarımıza, mənəviyyatımıza və vərdişlərimizə ata-baba (genetik) bağlılığımız kimi təsvir olunur”.
Bəzi alimlər bildirirlər ki, xatirələr nənə-babamızdan gen yolu ilə keçə bilir. Yeni araşdırmalar göstərir ki, xatirələrimiz, qorxularımız və davranışlarımız genetik olaraq əcdadlarımızdan nəsillərə ötürülür.
Azərbaycan Milli Elmlər Akademiyasının biologiya üzrə elmlər doktoru, dosent Aybəniz Əliyeva:
“Genetika elmində "qan yaddaşı" məfhumu mövcud deyil. Bu, daha çox publisistik məfhumdur. Genetika elmində irsiyyət mövcuddur və o da istənilən canlının hər bir hüceyrəsindəki (o cümlədən qan hüceyrələrindəki) DNT molekulları və ya xromosomlarla təmsil olunur”, - deyə bildirir.
“Başqa sözlə desək, bizim qan yaddaşımız da öz əksini DNT-də tapıb və nəsildən-nəslə də onun vasitəsilə ötürülür. Buna daha bir misal olaraq itlərdə vəfalılıq geninin aşkar edilməsini göstərmək olar. Məlum olmuşdur ki, bu gendən məhrum itlər vəfalı olmurlar”.
Bəs onu dəyişdirmək necə mümkündür? Genetik kodumuzu kimlər və nə üçün dəyişmək istəyir?
Dünyanı idarə edən dərin güclərin kiçik və hələ milli dövlət kimi formalaşmamış dövlətləri öz realist mənafeləri uğruna bir nəsil adət-ənənə və ideologiyanı SSRİ timsalında məhv etməsinə şahid olmuşuq. Xalqa onun qan yaddaşını unutdurmaq- genetik kodunu dəyişməyin digər adı manqurtlaşdırmaq siyasətidir.
Əlbəttə, bu destruktiv ideya tərəfdarları bu gün zor-güc tətbiqi ilə deyil, təbliğat və sensitiv manipulyasiya yolu ilə niyyətlərini həyata keçirirlər.
İnsan şüuruna ən asanlıqla nüfuz edən ictimai təbliğat vasitəsi sosial media və televiziyadır. Hər kəsə məlumdur ki, hal hazırda film və teleserial sektoru ABŞ-ın əlində təmərküzləşmişdir. Azyaşlılar və yeniyetmələr, eləcə də yaşı 20-ni ötmüş gənclər hələ həyatın damarını tuta bilmədiyindən, gələcək qayğısı və məsuliyyətindən qaçdığından çarəni “Amerika Xəyalı”nı intişar edən süni nümayişlər də görürlər.
Nə qədər iqtisadi faktorkar mental dəyər və ənənələr sistemində gözardı edilsə də, 25-ci çərçivə metodu kimi onu bizə hiss etdirmədən yeridirlər. Ən ucuz və tez yolla alınan və başa gələn məhsulların yarısından çoxu Çin istehsalıdır. Çin ixracatı malları almağa o qədər öyrəşmişik ki, həmin ixracatını öz ölkəmizdə daha səmərəli növü olsa belə, yenə ya Çin bazarına, ya da son zamanların adı kimi özü də trendi “Trendyol”a qaçırıq.
Bu da ölkədə fikir ayrılıqlarına və daxili iqtisadiyyatın zəifləməsinə gətirib çıxarır ki, insanlar arasında parçalanma cəmiyyətin sosial zəminində təzahür edir.
Genetik sütunlara hücumlar ideoloji xəttin, estetik görüşlərin, insan sağlamlığı üçün təhlükəli olan qida məhsulları və geyim formalarının tətbiqi ilə də həyata keçirilən bir prosesdir. Bunların kompleks şəkildə icrası həmin mərkəzlərin istədiyi nəticəni verə bilər. Mütəxəssislər fikirləşirlər ki, genetik kodların 3 nəsil davamlı şəkildə bombardıman edilməsi həmin strukturu pozmağa yetərlidir.
“Yallı” kimi qədim və zəngin rəqs ənənəsi olan Azərbaycanın bu gün kollektiv idman növlərində uğursuzluğu belə düşünməyə imkan verən faktlardan biridir və kifayət qədər müəammalı mövzudur.
Deməli, davranış və vərdişlərimiz zaman keçdikcə eroziyaya uyğraya bilər və bunun qarşısını almaq lazımdır.
Xarici qüvvələrin manqurtlaşdırma siyasəti nə qədər məxfi və qəddar olursa olsun, bir millətin qan yaddaşını silmək, yumaq qeyri-mümkündür. Hələ bu əsrlər boyu cəsarət və şücayətkarlıqla tarixə həkk olunmuş bir xalq, millətdirsə!
44 günlük Vətən Müharibəsi isbat edir ki, biz hələ dədə-babamızın irsini, birliyini, azadlığını canımız, qanımız hesabına qoruyuruq. Qan o vaxt yaddaşa çevrilir ki, onu tarixə həkk edən insanlar və hadisələr olsun.
Mia Quliyeva, Bizim.Media