Azərbaycanda boşanmış və dul qalan kişilərin yenidən ailə qurma göstəricisi eyni nikah statusuna malik olan qadınlarla müqayisdə dəfələrlə çoxdur. Son 3 ilin statistikasına baxdıqda belə kişilərin sayının hətta çoxaldığını da görmək mümkündür.
Bizim.Media bildirir ki, 2016-cı ildə Azərbaycanda boşanaraq yenidən ailə quran kişilərin sayı qadınlarla müqayisədə 2 dəfə çox, evlənən dul kişilərin sayı isə qadınlardan 4 dəfədən çox olub. 2016-cı ildə Azərbaycanda 4502 boşanmış, 703 dul kişi, 2353 boşanmış, 168 dul qadın ailə qurub.
2019-cu ildə isə boşanmış 5703, dul qalan 835 kişi yenidən nikaha daxil olub. Boşanaraq yenidən ailə quran qadınların sayı isə 3460, dul qalaraq ailə quran qadınların sayı 248 olub.
Boşanaraq yenidən ailə quran kişilər daha çox 30-39 yaşlılar, dul kişilər isə yaşı 60-dan çox olanlardır.
Ötən il boşanaraq yenidən ailə həyatı quran kişilərin 1497-i 30-34, 1199-u 35-39 yaşlı olub.
Keçən il yenidən ailə quran 313 nəfər 60 və daha çox yaşlı kişi dul olub.
Qadınlara gəldikdə isə, yenidən nikaha daxil olan boşanmış qadınlar daha çox 25-34 yaşlılar, dul qadınlar isə 50-59 yaşlılardır.
2019-cu ildə boşanaraq yenidən ailə quran qadınların 876-sı 25-29, 850-si 30-34 yaşlı olub. Həmin ildə yenidən evlənən 56 nəfər dul qadının yaşı 50-59 olub.
Boşanmış və dul qalan şəxslərin yenidən nikaha daxil olması halları daha çox şəhər yerlərinin payına düşür ki, onların da əksəriyyətini kişilər təşkil edib. (Trend)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:11 / 22.12.2020
Azərbaycanda qadınlarla müqayisədə boşanmış kişilər daha çox yenidən evlənir
Hazırda oxunan: Azərbaycanda qadınlarla müqayisədə boşanmış kişilər daha çox yenidən evlənir
Hazırda oxunan: Azərbaycanda qadınlarla müqayisədə boşanmış kişilər daha çox yenidən evlənir
6039
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.