Dünyada 10074 nəfər koronavirusun qurbanı oldu - Ötən sutka ərzində

Hazırda oxunan: Dünyada 10074 nəfər koronavirusun qurbanı oldu - Ötən sutka ərzində

60352

Dünyada yeni növ koronavirusun (COVID-19) qurbanlarının sayı son sutka ərzində 10 min nəfərdən çox olub.

Bizim.Media pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 1 milyon 906 min 152 nəfər yeni koronavirusa yoluxub, 10 min 74 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 415 milyon 783 min 791, ölənlər isə 5 milyon 855 min 725 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (177 min 515 nəfər) Almaniyada və bu xəstəlikdən ölüm faktı (2202 nəfər) isə ABŞ-da qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (79,6 milyon), Hindistan (42,7 milyon), Braziliya (27,6 milyon), Fransa (21,8 milyon), Böyük Britaniya (18,3 milyon), Rusiya (14,4 milyon) və Türkiyədə (13 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin