Milli Məclis Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsinə dair layihəni I oxunuşda qəbul edib.
Bizim.Media-nın xəbərinə görə, bununla bağlı “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
MÖVZU İLƏ BAĞLI:
Gəncə şəhəri ilə bağlı YENİLİK – Bu rayonlar ləğv ediləcək
Layihədə Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi təklif edilir. Dəyişikliklə Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Bizim.Media