Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 413 480 802 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 826 378 nəfər təşkil edir.
Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.
MÖVZU İLƏ BAĞLI:
Dünyada koronavirusla bağlı SON STATİSTİKA
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 77 919 052 nəfərə çatıb, 922 473 nəfər infeksiya səbəbindən vəfat edib.
İkinci yerdə qərarlaşan Hindistanda 42 692 943 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 509 358 nəfər ölüb.
Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 27 552 267 nəfər virusa yoluxub, onlardan 639 151 nəfəri ölüb.
Bizim.Media