Almaniyanın Rusiya ilə ehtiyatlı davranmağının 5 səbəbi var – Danimarka nəşri yazır

Hazırda oxunan: Almaniyanın Rusiya ilə ehtiyatlı davranmağının 5 səbəbi var – Danimarka nəşri yazır

60188

Almaniyanın Rusiya və Ukrayna arasındakı münaqişə ilə bağlı yumşaq kursu ciddi şəkildə tənqid olunub, lakin almanların ehtiyatlı davranmasının həm müasir, həm də tarixi səbəbləri var. 

Bizim.Media “inosmi.ru” saytına istinadən xəbər verir ki, Danimarkanın DR nəşrinin müxbiri Mixael Reyter almanların mövqeyinə anlayışla yanaşır.

Qərb tərəfdaşları Rusiyanın Ukraynaya müdaxiləsinin qarşısını almaq üçün sanksiyalarla hədələsə də, Almaniya ehtiyatlı dialoqa stavka edir. Digərləri şərqə silah və əsgər göndərir, almanlar Ukraynaya dəbilqədən (kaska) başqa heç nə verməyib.

Fransa prezidenti Emmanuel Makron Rusiya ilə danışıqlarda əzələ nümayiş etdirir, Almaniya kansleri Şolz isə bu işə divar kağızı ilə “qarışmağa” çalışır. 

Almaniyanın Ukrayna böhranı ilə bağlı ehtiyatlı kursu xüsusilə ABŞ-ı qıcıqlandırır. Orada bir çox siyasətçilər yavaş-yavaş şübhə etməyə başlayırlar. Onların düşüncəsinə görə almanlar Rusiyaya kimin qərar verdiyini göstərmək istəyən Qərb komandasının bir hissəsinə daxil deyil. ABŞ prezidenti Baydenlə görüşərkən kansler Şolz hər dəfə Almaniyanın yumşaq kursunu izah etməli olacaq.

Məsələ burasındadır ki, almanların bu cür hərəkət etmələrinin ən azı 5 səbəbi var.


1. Qazdan asılılıq

Almaniya təbii qazın əsas istehlakçısıdır. Bu, həm ölkə sənayesi, həm də qazın istilik, və elektrik enerjisi ilə təmin etdiyi bir çox fərdi ev təsərrüfatları üçün vacibdir. İndi Almaniyanın qaza olan tələbatının təxminən yarısı Rusiyadan tədarük hesabına ödənilir və bu payın yalnız artacağı gözlənilir.

Almaniya yaşıl enerjiyə keçid prosesində olduğundan, sürətlə nüvə və kömür enerjisindən imtina etməyə məcburdur. Lakin bərpa olunan enerji mənbələri hələ almanların böyük ehtiyaclarını ödəyə bilmir və buna görə də qazla işləyən elektrik stansiyaları müvəqqəti həll yolu kimi getdikcə daha çox əhəmiyyət kəsb edir.

Gələcəkdə qazın böyük hissəsinin Rusiya ilə Almaniyanı birləşdirən və tezliklə istifadəyə verilə biləcək yeni “Şimal axını 2” qaz kəməri vasitəsilə əldə ediləcəyi planlaşdırılır.

Bir çox sənaye nümayəndələri bunu səbirsizliklə gözləyirlər. Enerji qiymətləri indi o qədər yüksəlir ki, getdikcə daha çox şirkət hasilatı azaltmağa məcbur olur və bəziləri hətta iflasla üzləşirlər. Eyni səbəbdən, getdikcə daha çox sıravi almanlar elektrik və istilik haqqını ödəməkdə çətinlik çəkirlər. “Şimal axını 2” böyük həcmdə qaz tədarük etməyə başlayan kimi qiymətlərin düşəcəyinə ümid var.

Lakin getdikcə daha çox tənqidçilər iddia edirlər ki, Rusiya prezidenti Vladimir Putin qazdan siyasi təsir vasitəsi kimi istifadə edə bilər, çünki o, Almaniya kimi böyük istehlakçıları şantaj edərək tədarükləri istədiyi kimi idarə edəcək. Almanlar da öz növbəsində Rusiyanı qızışdırmağa, sanksiyalarla hədələməyə və Ukraynaya silahla verməyə cəsarət etmirlər, çünki onlar şərqdən gələn qazdan daha çox asılıdırlar.

Tənqidlərə baxmayaraq, almanlar hələ də Rusiya qazından, xüsusən də Rusiya qaz lobbisinin ən çox sıx əlaqə saxladığı kansler Olaf Şolzun partiyasının və SPD-nin (Sosial Demokrat Partiyası) nümayəndələrindən asılıdır.

Gerhard Şröder bu əlaqələrin nə qədər sıx olduğuna yaxşı nümunədir. Şröder kansler kimi Olaf Şolz və Angela Merkelin sələfi olub.

Təqaüdə çıxdıqdan sonra o, tikintisini özü çəkdiyi “Şimal axını 2”nin direktorlar şurasında gəlirli işə düzəlib. İndi o, Rusiyanın dövlət enerji şirkəti olan "Qazprom"un direktorlar şurasında yer almağa hazırlaşır. Son illərdə Gerhard Şröder Almaniyanın bəlkə də ən mühüm qaz lobbiçisi olub, onun təsiri hələ də çox güclüdür, xüsusən də öz partiyası olan sosial-demokratda (SPD).

2. Alman pasifizmi (müharibə və zorakılığın əleyhdarı)

Almaniyanın Ukrayna böhranında çox yumşaq davranmasının tarixi səbəbləri də var. İkinci Dünya Müharibəsindən sonra almanlar özlərinə və ətraf aləmə söz verdilər ki, ölkələrindən bir daha təcavüz gəlməyəcək və müharibə etməyəcəklər.

Alman əsgərləri beynəlxalq missiyalarda iştirak etməyə başlamazdan çox onilliklər keçdi. Bu, həyatda da öz təsdiqini tapdı. Belə ki,  NATO-nun Kosovo müharibəsinə müdaxiləsi ilə əlaqədar çoxlu mübahisələr oldu. Nəticə etibarı ilə Almaniya münaqişələri diplomatiya yolu ilə həll etməyi bacardı.

Almaniyanın pasifizmi həm də ölkənin böhran bölgələrinə silah ixrac etməməsi deməkdir. Digər məsələlərlə yanaşı, kansler Şolz hökumətinin hazırkı münaqişə fonunda Ukraynanı silahla təmin etməyəcəyinin səbəbi də budur.

İkinci Dünya Müharibəsi zamanı alman ordusunun rus xalqı ilə bağlı törətdiyi cinayətlərə görə Almaniya Rusiyaya qarşı silah göndərməyəcəkdi.

1945-ci ildən sonra alman pasifizmi ölkədə geniş miqyaslı dinc ictimai hərəkat tərəfindən dəstəkləndi. İkinci Dünya Müharibəsindən sonra insanlar küçələrə axışdı,  Almaniyada, hətta silahlı qüvvələrin bərpa olunması qərarını tənqid etdilər, daha sonra nüvə silahının Almaniya torpaqlarında yerləşdirilməsinə qarşı çıxdılar.

Bu dinc hərəkat almanların bir neçə nəslinin, o cümlədən bu gün görkəmli vəzifələrdə olan bir çox siyasətçilərin düşüncə tərzini formalaşdırıb.

3. "Şərq siyasəti"

Almaniya Rusiya ilə münaqişədə dialoqu həm də ona görə istəyir ki, Almaniya hökumətləri Rusiya Sovet İttifaqı adlananda və dünya Soyuq Müharibənin zirvəsində olanda buna bənzər bir şeyə nail oldular.

1960-1970-ci illərdə Şərq və Qərb dövlətləri, Rusiya ilə ABŞ arasında vəziyyət gərginləşdi. Lakin Sosial Demokratların kansleri Villy Brandt dövründə Qərbi Almaniya "Şərq siyasəti" ("Ostpolitik") kimi tanınan diplomatik təşəbbüsə başladı.

Rusları qorxutmaq və onları cilovlamaq üçün sadəcə qılınc çəkmək əvəzinə, Brandtın rəhbərliyi altında Qərbi Almaniya hökuməti rusların ikinci dünya müharibəsi zamanı Almaniyanın bir hissəsini işğal etməsindən sonra yaranan Sovet İttifaqı və Şərqi Almaniya dövləti ilə diplomatiya, dialoq və yaxınlaşmanın intensivləşdirilməsinə diqqət yetirdi. 

Bu gün almanlar “Ostpolitik”i Şərq və Qərb gücləri arasında sonrakı ərimə faktoru hesab edirlər. Həm də 1989-cu ildə Berlin divarı yıxıldı, növbəti il isə Şərqi və Qərbi Almaniya xalqları yenidən birləşdi.

Başqa sözlə, Almaniyada “Ostpolitik” böyük uğur kimi qəbul edilir, xüsusən də onun təşəbbüskarı olan SPD sosial-demokrat partiyasında. SPD-nin rəhbərlik etdiyi indiki hökumət Rusiya ilə hazırkı münaqişə kontekstində, əsasən, dialoq və yaxınlaşmaya diqqət yetirir. Bunu, yəqin ki, həmin uğurun təkrarlanacağına ümid etdiyi üçün edir. 

4. Rusiyayönümlü əhval-ruhiyyə

Almaniya və Rusiya bir-birlərinə rus çarları dövründə xüsusi münasibət göstəriblər. Alman sənətkarları, hərbçiləri və alimləri ailələri ilə birlikdə Rusiyaya, o cümlədən rus sarayında işləmək üçün mühacirət ediblər.

İkinci Dünya Müharibəsindən sonra Sovet İttifaqı Almaniyanın şərqini işğal etdi və ruslar bu ölkənin mədəniyyətində parlaq iz buraxdılar. Bir çox əlaqələr və simpatiyalar bu günə qədər davam edir. Bunu Almaniya-Rusiya dostluğunu simvolizə edən çoxsaylı ictimai təşkilatlarda, mədəni tədbirlərdə, eləcə də daimi ictimai müzakirələrdə və ictimai rəy sorğularında görmək olar.

Keçən ilki sorğu göstərdi ki, şərq federal əyalətləri vətəndaşlarının 50%-i Rusiya ilə daha sıx münasibətlər qurmaq istəyir, qərbdə isə vətəndaşların yalnız 25%-i bu ruhda danışıb. Şərqi almanların 74%-i “Şimal axını 2” qaz kəmərinin tikintisini yaxşı fikir hesab edir. Qərbi almanlar arasında bu, yalnız 48% -dir.

Son araşdırmada respondentlərin 90%-i Rusiya ilə yaxşı münasibətlərin vacib olub-olmaması sualına “bəli” cavabını verib. Və burada ölkənin şərqi ilə qərbi arasında fərq tapılmayıb.
Bu cür hisslər, əlbəttə ki, Almaniyanın mövcud böhranla bağlı siyasətinə təsir edir.

5. Alman-Rusiya ticarəti

2014-cü ildə Krım yarımadasının ilhaqından sonra Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra almanlarla ruslar arasında ticarət dövriyyəsi azalmağa başladı. Koronavirus pandemiyası ilə bağlı böhran onu daha da sarsıtdı, belə ki, bu gün Rusiya Almaniyanın mal ixrac etdiyi ölkələr arasında 15-ci yerdədir. 2013-cü ildə Rusiya 13-cü yerdə olub.

Ticarətin azalması xüsusilə ADR (Almaniya Demokratik Respublikası) dövründən bəri ənənəvi olaraq Rusiya ilə ticarət edən Şərqi Almaniya şirkətlərinə təsir etdi. Şərqi Saksoniya əyalətində 2013-cü ildən bəri Rusiyaya ixrac 70% azalıb. Yerli şirkətlər isə hazırkı münaqişə şəraitində Rusiyaya qarşı yeni sanksiyaların onlara daha çox zərər verəcəyindən ehtiyat edirlər.

Bundan əlavə, Berlin hökuməti başa düşür ki, Rusiyaya qarşı sanksiyalar cavab sanksiyalarına səbəb olacaq. Bu da ümumilikdə alman biznesinə mənfi təsir göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin