İran kartofu kəskin bahalaşdı - SƏBƏBİ İSƏ...

Hazırda oxunan: İran kartofu kəskin bahalaşdı - SƏBƏBİ İSƏ...

0:00
0:00
60153

Son günlər İranda kartofun qiymətində kəskin bahalaşma müşahidə edilir.

Bizim.Media "Azad İran"a istinadən xəbər verir ki, hazırda İranda kartofun 1 kiloqramının qiyməti 15 min tümənə (0.60 AZN) yüksəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi ARTIRILDI


İranın Tərəvəz Satıcıları Birliyinin rəisi Mustafa Darayinejad bildirib ki, dövlət bahalaşmanın qarşısını almaq üçün xaricdən ölkəyə kartof idxal edəcəyini bəyan edib. Lakin uzun müddət keçməsinə baxmayaraq, İrana 1 kq belə kartof gətirilməyib.

Qeyd edək ki, son aylar ərzində İranda gündəlik təlabat mallarının qiyməti kəskin bahalaşmaqdadır.

Buna görə, gəlirləri aşağı olan əhalinin böyük qismi əksər məhsulları qida rasionundan çıxarmağa məcbur qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin