Lüksemburqun “Banque Havilland” bankını idarə edən İngilis kral ailəsinə yaxın məmurlar David Rouland və Qraham Robson Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zeydin de-fakto hökumətinin qeyri-rəsmi məsləhətçiləridir.
Bizim.Media “Clash Report”a istinadən xəbər verir ki, bir qrup hakerin üzə çıxardığı elektron poçtlar, bankın və Əmirlik hökuməti arasında maliyyə məsləhəti xaricində sıx əlaqələrin olduğunu üzə çıxarıb.
Əldə edilən gizli mənbədə “Mançester Siti” futbol klubunun satın alınması üçün saxta şirkətin qurulması, Zimbabvedə kəşfiyyat anlaşması və BƏƏ-nin nüfuzdan düşmüş imicini bərpa etmək üçün “Human Rights Watch”ın idarə heyətinə bank sədrinin təyin olunması haqqında məlumatlar da yer alır.
İlk olaraq, Rouland qrupu 2011-ci ildə BƏƏ-ni fəalları həbs etdiyinə görə tənqid etdikdən sonra “Human Rights Watch”ın hesabına 2 milyon dollar pul köçürüb.
Bank, Qətərin valyuta ehtiyatlarının tükənməsinin və hökumətin yoxsullaşmasına yönəlmiş koordinasiyalı hücumda da iştirak edib.
Qətər “Banque Havilland”ı ölkəyə 40 milyard dollardan çox zərər verən bir şirkət təşkil etdiyinə görə məhkəməyə verib.
Bu arada David Rouland və Qraham Robsonun “İngilis Mühafizəkarlar Partiyası” ilə sıx əlaqədə olduqları da bildirilir. Rouland Baş nazir Devid Kameronun 2010-cı ildə keçirilən seçkilərindəki ən böyük dəstəkçilərindən biri olub və onun partiyasına 6 milyon dollardan çox ianə edib.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:30 / 22.12.2020
İngilislərin göstərişi ilə ərəblərə qənim kəsilən Əbu-Dabi şahzadəsi
Hazırda oxunan: İngilislərin göstərişi ilə ərəblərə qənim kəsilən Əbu-Dabi şahzadəsi
Hazırda oxunan: İngilislərin göstərişi ilə ərəblərə qənim kəsilən Əbu-Dabi şahzadəsi
6012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.