Ermənistanın prezidenti də xaricdə yaşamaq üçün yer axtarır - Tofiq Zülfüqarovdan Qərbin yardımlarına ŞƏRH

Hazırda oxunan: Ermənistanın prezidenti də xaricdə yaşamaq üçün yer axtarır - Tofiq Zülfüqarovdan Qərbin yardımlarına ŞƏRH

60087

Kaliforniya ştatında Qərbi Zəngəzur (Sünik) ilə əməkdaşlıq qətnaməsi qəbul edilib. Sənədin əsas motivləri Sünikin hərtərəfli inkişafına dəstək və ərazini türk-azərbaycanlı təcavüzündən qorumaqdır:

“Bəllidir ki, bu, ilk növbədə ermənipərəst sənəddir. Heç ABŞ-ın rəsmi siyasətini əks etdirmir”, - sözlərindən sonra sabiq xarici işlər naziri Tofiq Zülfüqarov xatırladıb ki, Kaliforniyada ermənilərin lobbi imkanları çox genişdir. Bu səbəbdən də istənilən sənəd qəbul edə bilərlər. 

Bizim.Media xəbər verir ki, belə sənədlərin hüquqi gücü yoxdur. Hər halda Tofiq Zülfüqarov bu fikirdədir və o, əlavə edib ki, buna baxmayaraq əməkdaşlıq etməkləri mümkündür. Çünki bu yöndə Ermənistanla dəfələrlə layihələr reallaşdırılıb. 

Amma burada söhbət fərqlidir:

“Əgər Ermənistan öz qonşularına qarşı ərazi iddialarından, bu siyasətdən əl çəkməsə, bu bölgənin və digər regionların inkişafı sual altındadır. Ermənistanın əsas problemi odur ki, onların siyasətlərinə görə öz vətəndaşları ölkəni tərk edir. Hətta prezident işləmiş bir şəxs də İngiltərəyə üz tutub. Problem ondadır ki, ermənilər öz problemlərini köhnə üsullarla həll etməyə çalışırlar, lakin 30 il ərzində də bunun nəticəsizliyi görünüb”. 

Qərbin kömək adlanan hiyləgərliyi

Tofiq Zülfüqarov sonda çoxlarının ötəri yanaşdığı digər mühüm məsələyə də toxunub. Bu da Avropa İttifaqının zaman-zaman Ermənistana milyardlarla avro məbləğində ölçülən yardımları ilə əlaqədardır. Belə ki, bu tip pul ayırmaların əsl mahiyyəti başqadır:

“Bizim də pressada geniş yayılan məlumatlar olub ki, Aİ Ermənistana 2 milyard 600 milyon avro verib, amma bizə 2 milyard və s. Buna aydınlıq gətirək: belə pul ayırmalar kömək deyil. Güzəştli faizlərlə verilən kreditlərdir. Bəlkə də ayrılan məbləğin 10 faizi köməkdir. Adətən belə kreditlər bağlı (əlaqəli) olurlar. Yəni o pullar hansı layihələrə sərf olunursa, sənəddə göstərilir ki, “icra olunacaq proyekt üçün yalnız bu ölkənin (hansısa Avropa dövləti) avadanlığı alına bilər. Cihazlar isə ən baha qiymətilə göstərilir. Sözdə kömək edirlər, ancaq əslinə qalsa öz iqtisadiyyatlarını təşviq edirlər”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan ictimaiyyəti sülhməramlıların hansı əməlinə qızğındır? – Tofiq Zülfüqarovdan ŞƏRH


- Kömək adı ilə Avropa özünün ixrac potensialını artır?

“Bəli. Azərbaycan istəsəydi, daha da çox götürərdi. Lakin ölkənin xarici borcu 20 faizdir və cənab Prezident belə bir qərar qəbul edib ki, bu rəqəm 15 %-ə endirilsin. Ümumiyyətlə, Bakı nadir hallarda kredit götürür. Bu da əsasən yüksək texnologiyalara aid layihələrin reallaşdırılması zamanı baş verir”.

Ermənistana ayrılan yardımlara gəlincə...

“Kaliforniya ştatının Ermənistana edəcəyi köməyin gücü nisbi olacaq. Bu baxımdan özümüzü qorxutmayaq. Reallığı olduğu kimi görməliyik. Ermənistan isə nə verirlərsə, hamısını götürür. Bununla da xarici borcunu artırır. Söhbət ondan gedir ki, sabah bu kreditləri qaytaramaq lazımdır”, - deyə Tofiq Zülfüqarov “Qərbin etdiyi köməyin arxasında nələr gizlənir, nələr” replikası ilə şərhini bitirib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin