Ağ Ev Bayden və Zelenski arasındakı söhbətin təfərrüatlarını açıqladı

Hazırda oxunan: Ağ Ev Bayden və Zelenski arasındakı söhbətin təfərrüatlarını açıqladı

0:00
0:00
59999

ABŞ və Ukrayna prezidentləri Co Bayden və Vladimir Zelenski bazar günü telefon danışığı keçiriblər, bundan sonra liderlər Ukrayna böhranının həlli üçün diplomatik səyləri davam etdirmək barədə razılığa gəliblər.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda informasiyanı Ağ Ev yayıb.

"Prezident Bayden prezident Zelenskiyə ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək öhdəliyini bir daha təsdiqlədi... Liderlər Rusiyanın Ukrayna sərhədləri yaxınlığında hərbi güclənməsinə cavab olaraq diplomatik səylərin davam etdirilməsi və nəzarətin vacibliyi barədə razılığa gəliblər", - Ağ Evin bəyanatında deyilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Bayden Zelenski ilə telefonla danışdı - 1 saat nəyi müzakirə etdilər?


Söhbət zamanı Ağ Evin sahibi Ukrayna prezidentinə ABŞ və müttəfiqlərindən “Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzünə” “tez və qəti” cavab vəd edib.

Kiyev və Qərb dövlətləri bu yaxınlarda Rusiyanın Ukrayna sərhədləri yaxınlığında "aqressiv hərəkətlərinin" artması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Moskva dəfələrlə bu cür ittihamları rədd edərək, heç kimi təhdid etmədiyini və heç kimə hücum etmək niyyətində olmadığını bildirib.

Kremlin fikrincə, “Rusiya təcavüzü” iddiaları Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikası yerləşdirmək üçün bəhanə kimi istifadə olunur.

Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl qeyd edib ki, Qərbin “Rusiya təcavüzü” və Kiyevi müdafiə etmək üçün kömək ehtimalı ilə bağlı bəyanatları həm gülünc, həm də təhlükəlidir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya qoşunları öz ərazisi daxilindədir. 

Onun sözlərinə görə, bu, heç kimi təhdid etmir və heç kimi narahat etməməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin