Baydenin müşaviri: Ukraynanın işğalının dəqiq tarixini deyə bilmərik - VİDEO

Hazırda oxunan: Baydenin müşaviri: Ukraynanın işğalının dəqiq tarixini deyə bilmərik - VİDEO

59986

ABŞ səlahiyyətliləri hesab edirlər ki, Rusiya gələn həftə Ukraynaya müdaxilə edə bilər, lakin hücumun dəqiq tarixini bilmirlər.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN telekanalının efirində bildirib.

“Biz dəqiq tarixi proqnozlaşdıra bilmərik, lakin daha əvvəl qeyd edildiyi kimi, Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatlarının hər an başlaya biləcəyi zaman çərçivəsindəyik”, - deyə Sullivan fevralın 16-sı ilə mümkün hücumla bağlı sualı cavablandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Baydenlə Putin arasında TELEFON DANIŞIĞI sona çatdı - YENİLƏNİB


Daha əvvəl “Politico”nun mənbələri ABŞ prezidenti Co Baydenin NATO müttəfiqlərinə Rusiya təcavüzünün başlanması üçün qeyri-rəsmi tarix kimi məhz bu tarixi göstərdiyini bildirmişdi.

Sallivanın fikrincə, Ukrayna ətrafında münaqişənin kəskinləşməsi həm Pekin Olimpiadasının başa çatmasından əvvəl, həm də ondan sonra (fevralın 20-də başa çatır) baş verə bilər. Bundan əlavə, Bayden məsləhətçisinin sözlərinə görə, Rusiya “diplomatik yol da seçə bilər”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin