Paşinyanın yerliləri də onun istefasını tələb etdi

Hazırda oxunan: Paşinyanın yerliləri də onun istefasını tələb etdi

5993

Ermənistan Polis Qüvvələri Komandirinin müavini Samvel Hakobyan istefa ərizəsini təqdim edib.

Bizim.Media xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının nümayəndəsi Qeqam Manukyan 22 dekabr Yerevandakı Respublika Meydanında keçirilən mitinq zamanı söyləyib.

Onun sözlərinə görə, İrəvan-İcevan yolu da artıq bağlıdır.

“İcevanlı etirazçılar həmyerliləri, Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər. Yer kürəsi sözün əsl mənasında onun ayağının altından qaçır. İstefasını yalnız siyasi qüvvələr tələb etmir”,- deyə o vurğulayıb.

Babək Göyüş, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin