İngiltərənin "Çelsi" klubunun futbolçusu Tiaqo Silva klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçilib.
Bizim.Media xəbər verir ki, braziliyalı müdafiəçi turnirin həlledici görüşündə 120 dəqiqə meydanda olub. O, həmçinin londonluların heyətində turnir boyu bütün görüşlərində meydanda əsas heyətdə yer alıb.
"Palmeyras"ın iki futbolçusu - Dudu və Danilo bu nominasiya üzrə ikinci və üçüncü yerləri tutublar.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən futbol üzrə klublararası dünya çempionatının finalında "Çelsi" Braziliyanın “Palmeyras” komandasını əlavə vaxtda vurduğu qolla məğlub edib - 2:1.
Turnirin üçüncü yer uğrunda matçında isə "Əl-Hilal" klubu "Əl-Əhli" komandasına böyük hesabla məğlub olub - 4:0.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:37 / 13.02.2022
Bu futbolçu klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçildi - FOTO
Hazırda oxunan: Bu futbolçu klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçildi - FOTO
Hazırda oxunan: Bu futbolçu klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçildi - FOTO
59908
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.