“Adam döyən, zorakı insanlar çox qorxaq olurlar” – Psixoloqdan AÇIQLAMA

Hazırda oxunan: “Adam döyən, zorakı insanlar çox qorxaq olurlar” – Psixoloqdan AÇIQLAMA

0:00
0:00
59829

Ötən gün sosial şəbəkələrdə ictimai qaydanı kobud surətdə pozaraq qadınlara, məktəbli qıza qarşı xuliqanlıq hərəkətləri törədən şəxs haqqında yəgin ki, hər kəs məlumatlıdır. Hadisəni törədən Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Əhməd Hüseynov polislərə verdiyi ifadəsində etdiyi əməlin ilk olmadığını bildirərək, bu xuliqanlıq hərəkətini "hobbi" olaraq adlandırıb. 

Gündəmi silkələyən bu hadisə təbii ki, cəmiyyət üçün böyük bir təhlükə siqnaldır. Ümumiyyətlə zorakılıq hərəkətini hobbi olaraq görən bir insanın psixoloji vəziyyətini də düzgün hesab etmək ağlasığmazdır. 

Psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya açıqlamasında bildirir ki, bu tip insanlar uşaqlıqda aldıqları travmaların heyfini başqalarından almaq üçün bu hərəkətə əl atırlar.

Hətta körpə uşaqlara belə: 

"Bu adamlar özlərini tətmin etmək üçün günahı olmayan, ümumiyyətlə tanımadığı insanları incidərək öz eqolarını tətmin edirlər. Bu əziklik, natamamlıq sindromundan əziyyət çəkən insanlar nəinki küçədə, hətta ailə daxilində körpə uşaqlara belə fiziki şiddət göstərə bilirlər. Hətta bununla bağlı statistika da mövcuddur. Bu hərəkətlər də təbii ki,  psixoloji pozuntulardan irəli gəlir. Bəziləri uşaqlıqda aldıqları travmalardan bu hala düşə bilirlər". 

Zorakı insanlardan qorunmaq, onları bu əməldən çəkindirmək üçün psixoloq el qınağının da effektiv olduğunu bildirib: 
 

"Ümumiyyətlə bir cəmiyyət olaraq bu insanlara təkcə hüquq-mühafizə orqanları yox, biz insanlar da təsir etməyə, onların yenidən bu addımı ata bilməmələri üçün qınaq obyektinə çevirməliyik.


Doğrudan da el qınağı çox zaman ciddi cəza hesab olunur və növbəti dəfə bu addımı atmaq istəyənlər qınaqdan çəkindikləri üçün özlərinə çəki-düzən verməyə başlayırlar. Onu da diqqətə çatdırım ki, zorakı insanlar çox qorxaq olurlar. Buna görə də daha zəif və həssas insanlara cürət edib zorakılıq göstərə bilirlər".

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin