“Şimal Axını-2” qaz xətti hər iki halda Avropanı qızışdıran SƏBƏBƏ çevrilir – Azərbaycanın ROLU nə olacaq?

Hazırda oxunan: “Şimal Axını-2” qaz xətti hər iki halda Avropanı qızışdıran SƏBƏBƏ çevrilir – Azərbaycanın ROLU nə olacaq?

59826

Bu günlərdə siyasi gündəmin əsas müzakirə mövzusu Rusiya və Ukrayna arasında gərginliyin artmasıdır. Siyasi gərginliklərin artması fonunda isə “Şimal Axını-2” qaz kəmərinin gələcəyi sual altına düşür. Həm Kiyevlə yaranmış hərbi vəziyyət, həm də Rusiya-Almaniya münasibətləri Avropa üçün xüsusi önəm daşıyan boru xəttini dolambaclara salır. 

Gələcək Avropa enerji təhlükəsizliyinin iqtisadi və yaxud siyasi ideallar müstəvisində təmin ediləcəyi sual altındadır. “Şimal Axını-2” layihənin rəhbər iştirakçısı Rusiya olmasına baxmayaraq, Avropa Ukrayna tərəfdaşlığını leyhinə çevirərək nəzarəti ələ keçirmək istəyir.

Avropa Komissiyasının açıqlamasına görə, Avropa qaz istehlakı 2030-cu ilə qədər 853 milyard kub metrə çatacaq.

2019-cu ildə bu rəqəm 406 milyard kub metr, 2020-ci ildə isə 380 milyard kub metr olub. Hal-hazırda Avropa qaz tələbatının 40%-i  Rusiya tərəfindən ödənilməkdədir. Avropaya nəql edilən qazın 80%-i isə Ukrayna torpaqlarından keçir. Avropanın eyni vaxtda həm Rusiya qazını alması, həm də iqtisadi və siyasi sanksiyalar tətbiq etməsi istənilməyən nəticələrə gətirib çıxara bilər. 
 

MÖVZU İLƏ BAĞLI:

“Şimal axını 2” bir neçə aya fəaliyyətə başlayacaq – Bayden administrasiyası proqnoz verdi


Hələ 2009-cu ildə Rusiya Ukrayna üzərindən Avropaya nəql edilən qazı dayandırması ilə Avropa İttifaqı ümumi qaz tədarükünün 20%-ni itirib. 2021-ci ildə isə Rusiyanın ən böyük neft-qaz şirkəti Gazpromun Yamal-Avropa xətti ilə transfer edilən qazı bir daha kəsməsi Avropada qazın qiymətinin kəskin şəkildə qalxmasına səbəb olub. 

İndi Almaniya Aİ-nin təzyiqi altında sanksiyalarda iştirak edərək öz iqtisadiyyatını təhlükə altında qoya biləcəkmi sualı hər kəsi maraqlandırır. Təbii ki, Berlin bunun fərqindədir. 

Buna cavab olaraq Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell bu qaz boru xəttinin Avropa layihəsi olmadığını bəyan edib və davamında:

“Bu layihə yalnız almanların əlindədir”, - deyib. Maraqlıdır ki, Avropanın bir sıra ölkələri “Şimali Axın-2” layihəsinin Qərb Bloku ilə üçüncü dünya ölkələri arasında qaz iqtisadi birliyi yaradacağı fikrində idilər.
 

“Şimali Axın-2” layihəsinin icrasının gecikməsi Azərbaycan üçün yeni perspektivlər yarada bilər. Alternativ qaz boru kəmərlərinin çəkilməsi və işə başlaması Avropa üçün prioritet mövzulardandır.


Belə ki, Avropa İttifaqı qaz təchizatını artırmaq məqsədilə Azərbaycanla danışıqlara başlayıb. Avropa İttifaqının sözçüsü bildirdiyinə görə, Trans-Adriatik boru kəməri (TAP) Avropa üçün sabit və etibarlı təchizatçıdır. Avropa Rusiya-Ukrayna böhranından ziyanlı çıxacağından şübhə etmir və Azərbaycandan əlavə qaz istəyib. Azərbaycandan Qərbə ötürülən qaz təxminən 10 milyard kub metrdir. Təhlilçi İlham Şaban açıqlayır ki, TAP kəmərinin buraxıcılıq imkanının 10 milyard kub metrdən 20 milyard kub metrə artırıla bilər.

Bu səbəblərdən dolayı, “Şimali Axın-2” qaz boru xətti yalnız iqtisadi layihə deyil.

Hal-hazırda bu proyekt Avropanın bir nömrəli xarici siyasət istiqamətlərindən birinə çevrilməklə yanaşı, Azərbaycan üçün də çox əhəmiyyətlidir. Avropa Rusiya ilə birtərəfli iqtisadi asılılığa davam etməlidir. Əks halda Ukraynanın siyasi azadlığı üçün “donmağa davam edəcək”. Hər iki halda, Rusiya geosiyasi müttəfiqi olan Almaniya Avropa timsalında çarəsizdir. Bu dəfə Rusiyanın itirəcəyi heç bir şey yoxdur.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin