Bakıdakı batut gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Bizim.Media-nın məlumatına görə, tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva və Beynəlxalq Gimnastina Federasiyasının Texniki Komitəsinin üzvü Tatyana Şuyska iştirak edib.
İlk olaraq iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.
Ardınca Şuyska çıxış edib. O, yarışdakı rəsmiləri, gimnastları və idmançıları salamlayıb:
"Bizə yeni qoşulan Hindistan və İranı da salamlamaq mənim üçün xoşdur. Pandemiya günlərində bu yarışların ən yüksək səviyyədə hazırlanması üçün zəhməti olan Bakıdakı Dünya Kubokunun yerli Təşkilat Komitəsinə və könüllülərə təşəkkür edirəm".
Mariana Vasileva da iştirakçıları yenidən Bakıda gördüyü üçün şad olduğunu bildirib:
"Çox şadam ki, pandemiyanın ağır günlərindən sonra yenidən bir yerdəyik. Bu o deməkdir ki, idman ruhu və qələbə arzusu bütün çətinlikləri dəf etmək üçün bizə stimul verir. Buraya 13 ölkədən 50 idmançı toplaşıb. Gənclər və İdman Nazirliyi adından hamıya uğurlar, can sağlığı və yeni qələbələr arzulayıram. Batut gimnastikası üzrə Dünya Kubokunu açıq elan edirəm".
Son olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, iki gün davam edəcək yarışda Azərbaycanı yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:34 / 12.02.2022
Bakıdakı Dünya Kubokunun açılış mərasimi keçirildi
Hazırda oxunan: Bakıdakı Dünya Kubokunun açılış mərasimi keçirildi
Hazırda oxunan: Bakıdakı Dünya Kubokunun açılış mərasimi keçirildi
59812
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.