Ötən il məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 540-dək cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.
Hesabat dövrü ərzində fiziki və hüquqi şəxslərə vurulmuş 2,6 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.
MÖVZU İLƏ BAĞLI:
Axtarışda olan 80-dən çox şəxs Azərbaycana gətirildi
Həmçinin, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 5700-dək şəxs inzibati məsuliyyətə cəlb edilib. Onlardan 3300-dən çox nəfər inzibati qaydada həbs olunub.
Görülmüş məcburi icra tədbirləri nəticəsində aliment, pul tələbi və digər ödəmələr üzrə məhkəmə qərarlarını icra etmiş 2600-dən artıq borclunun üzərindən ölkəni tərk etmək məhdudiyyəti götürülüb.
Bizim.Media