Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin rəsmi şəkildə dərc edilərək qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, Türkiyə lideri sözügedən sənədi Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının nümayəndə heyətini qəbul edərkən təsdiqləyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğandan Azərbaycanla bağlı mühüm AÇIQLAMA
Qeyd edək ki, Bəyannamə ötən ilin iyun ayının 15-də Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Bizim.Media