Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasının formalaşmasına dair federal qanunu imzalayıb. Qanuna əsasən dövlət başçısı prezident səlahiyyətlərinə xitam verildikdən sonra senator ola və ömürlük kvota tələb edə bilər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.
Qanuna görə, Rusiya Federasiyasının keçmiş prezidenti lazımi sənədləri əlavə edərək Federasiya Şurasına ərizə təqdim etdiyi andan etibarən senator statusunu alır.
Ərizə səlahiyyətlərə xitam verildiyi gündən üç ay ərzində verilə bilər. Qanun qəbul edilmədən əvvəl səlahiyyətlərinə xitam verilən prezidentin bunu hər an etmək hüququ var.
Qeyd edək ki, senatorlar - Rusiya Federasiyasının nümayəndələri prezidentin fərmanı ilə altı il və ya ömürlük (yeddi nəfərdən çox olmayan) təyin olunurlar.
"Federasiya Şurasının yaradılması qaydası haqqında" qanunun yeni versiyasının müəllifi Rusiya Federasiyasının Prezidenti idi. Sənəd konstitusiyaya düzəlişlərin həyata keçirilməsi çərçivəsində təqdim edilib.
Babək Göyüş, Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:00 / 22.12.2020
Rusiyanın keçmiş prezidentləri ömür boyu senator ola bilərlər - Putin qanunu imzaladı
Hazırda oxunan: Rusiyanın keçmiş prezidentləri ömür boyu senator ola bilərlər - Putin qanunu imzaladı
Hazırda oxunan: Rusiyanın keçmiş prezidentləri ömür boyu senator ola bilərlər - Putin qanunu imzaladı
5973
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.