Beynəlxalq Muğam Mərkəzində Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi, Şuşada dünyaya göz açan Əbdülbağir Zülalovun - Bülbülcanın 180 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib. Tədbirdə xanəndənin həyat və yaradıcılığı, onun muğam sənətinə verdiyi töhfələr müzakirə edilib.
Xanəndə Aqil Məlikov Bülübülcan kimi bir musiqi dühasının günümüzə heç bir səs yazısının çatmamasından təəssüflənib. Onun irsinin bugünkü nəsil üçün əhəmiyyətini vurğulayıb.
Tədbirdə ölkənin tanınmış ictimai xadimləri, elm və mədəniyyət nümayəndələri ilə yanaşı Bülbülcan nəslinin davamçıları Tərlan Zülalov və Anar Hacızadə iştirak edib. Yubiley tədbiri musiqiçilərimizin ifaları ilə başa çatıb.
Beynəlxalq Muğam Mərkəzindən hazırladığımız geniş videoreportajı təqdim edirik:
Şahnaz Əziz, Bizim.Media