Məktəbdəki dəhşətli qətlin TƏFƏRRÜATI: Münasibətləri olub və... - YENİLƏNİB

Hazırda oxunan: Məktəbdəki dəhşətli qətlin TƏFƏRRÜATI: Münasibətləri olub və... - YENİLƏNİB

59686

Bu gün İsmayıllıda orta məktəbdə baş verən qətlin təfərrüatı məlum olub. 

Bizim.Media xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən məktəbin gözətçisi, 25 yaşlı Bəxtiyar Əhmədlinin iş yoldaşı olan xadimə, 40 yaşlı Gülarə Qəhrəmanova ilə münasibətləri olub. 

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, dünən Gülarənin ailə üzvləri Bəxtiyarla danışaraq ona bu münasibətlərdən məlumatlı olduqlarını deyiblər. 

Onlar Bəxtiyara kənddə artıq söz-söhbətin yayıldığının və bunu aradan qaldırmaq üçün onun kənddən çıxmalı olduğunu deyiblər. Buna əsəbiləşən Bəxtiyar bu gün məktəbdə Gülarə ilə mübahisə edib və onu qətlə yetirib.

Qeyd edək ki, dörd uşaq anası olan Gülarə aldığı xəsarətlər nəticəsində qan itirib və hadisə yerində ölüb. B.Əhmədli qətli törətdikdən sonra hadisə yerindən qaçsa da, sonradan saxlanılıb. 
Məlumata görə, Bəxtiyar Əhmədli Vətən müharibəsi iştirakçısı olub. O, müharibədə iştirakına görə 4 medalla mükafatlandırılıb. Onlardan ikisi Füzulinin və Şuşanın azad olunmasına görə verilib. 

***

İsmayıllı rayon Prokurorluğu məktəbdə törədilən qətl hadisəsilə bağlı məlumat yayıb. 

İsmayıllı rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, fevralın 11-i İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbin həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1997-ci il təvəllüdlü Bəxtiyar Əhmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Gülarə Qəhrəmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Bəxtiyar Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.

*** 13:34

İsmayıllı rayonunda məktəbdə gözətçi texniki işçini qətlə yetirib. 

Bizim.Media xəbər verir ki, hadisə rayonun Basqal kənd tam orta məktəbində qeydə alınıb. 

Belə ki, məktəbin gözətçisi olan kənd sakini Bəxtiyar Əhmədli məktəbin texniki işçisi Gülarə Qəhrəmanovanı aralarında baş verən mübahisə zəminində bıçaqlayaraq öldürüb. 

İlkin məlumata görə, hadisə iki şəxs arasında baş verən mübahisə nəticəsində olub.  

Qeyd edək ki, G.Qəhrəmanova isə dörd uşaq anasıdır. Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məclləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin