Daha 5 ölkə "ASAN xidmət"lə bağlı Azərbaycanla saziş imzalayacaq

Hazırda oxunan: Daha 5 ölkə "ASAN xidmət"lə bağlı Azərbaycanla saziş imzalayacaq

59577

"2021-ci ildə beş ölkə ASAN xidmət modelinin tətbiqi üçün bizə müraciət edib".

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Vətəndaşlarımız problemlərini asanlıqla ASAN müraciət tətbiqinə yerləşdirəcək - YENİLİK


Onun sözlərinə görə, bu ölkələr Qırğızıstan, İordaniya, İraq, Tacikistan və Esvatinidir:

"Ciddi hüquqi prosedurlara başlamışıq. Hələlik tərəflər arasında ilkin razılaşmalar aparılır. Proses bitdikdən sonra "ASAN xidmət"in ixracına başlayacağıq. "ASAN xidmət" Azərbaycan brendi olaraq ixrac olunur. Bu günə qədər 15 dövlət və beynəlxalq təşkilatla sazişimiz var. Bu ölkələrlə "ASAN xidmət" mərkəzlərinin qurulması istiqamətində əməkdaşlıq edirik”, - deyə Agentliyin sədri əlavə edib. 

Ülvi Mehdiyev vurğulayıb ki, bu yaxınlarda "ASAN xidmət" Azərbaycan brendi ilə bağlı Dubay Əmirliyi ilə də müqavilə bağlanıb və 2-3 ay ərzində əməkdaşlıq işlərinə başlanılacaq. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin