Azərbaycandan Avropaya qaz təchizatı neçə il davam edəcək? – CAVAB

Hazırda oxunan: Azərbaycandan Avropaya qaz təchizatı neçə il davam edəcək? – CAVAB

0:00
0:00
59557

“Son dövrlərdə Avropanın Azərbaycanla əməkdaşlıq səylərinin fəallaşmasının əsas səbəbi Rusiyanın sərgilədiyi münasibətdən dolayı Avropanın enerji təhlükəsizliyi sahəsində yaranmış risklərin artmasıdır”, - sözləri ilə şərhinə başlayan iqtisadçı ekspert Eldəniz Əmirovun fikrincə, Kremlin bu addımları (əsasən Ukrayna ilə gərginlik nəzərdə tutulur) yaxşı nəticələnməyəcəyi təqdirdə Avropa ölkələri ciddi təhdidlərlə üz-üzə qala bilər. Və bunun fərqindədirlər. 

Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı Avropanın alternativ enerji mənbələrinə çıxış əldə etmək istədiyini önə çəkib. 

Hazırda danışıqlar 3 istiqamətdə gedir:

1. ABŞ

2. Qətər

3. Azərbaycan
 

MÖVZU İLƏ BAĞLI:

Cənub Qaz Dəhlizi bu tarixdən tam gücü ilə işə salınacaq


Əslində isə son hadisələr siyahının 1-ci pilləsində Azərbaycanın olduğunun təsdiqidir. Eldəniz Əmirov qeyd edib ki, Avropa Rusiyadan asılılığını aradan qaldırmaq üçün bu 3 istiqamətdə danışıqları intensivləşdiriblər:

“Çünki İran sanksiyalarla üz-üzə qaldığından, Amerikadanın da buna münasibəti bəlli olduğundan danışıqlar əsasən 3 istiqamətdədir. Rusiya-Ukrayna münasibətləri daha da gərginləşərsə, Avropa problemlər yaşayacaq. Amma Moskva-Kiyev əlaqələri nizamlansa belə, Avropanın enerji təhlükəsizliyində problem qalır”.

İqtisadçının da dediyi kimi, hətta Donbass probleminin həlli gələcəkdə Rusiyanın mövcud enerji potensialından Avropaya qarşı təhdid və təzyiq vasitəsi kimi istifadə etməyəcəyi demək deyil. Yəni, Kreml müəyyən sanksiyalara qazla cavab verəcək:

“Yaxın 10 ildə Avropa Rusiya qazından xilas olmaq üçün həminki mavi yanacaq həcmini tapa, alternativ enerji yarada bilməz. Nə də bu qazı əvəzləyəcək alternativ ölkələr tapa bilər. Amma asılılığı azaltmağa cəhd mümkündür. 

Avropanın Azərbaycan marağına gəldikdə...

Azərbaycan Avropanın enerji sahəsində əməkdaşlıq hədəflədiyi 3 ölkədən biridir. Bakı ilə əməkdaşlıqda Şərqi Avropa ölkələrinin üstünlük təşkil etməsinin əsas səbəbi isə Cənub Qaz Dəhlizinin mövcudluğudur. Biz dəhlizinin 4-cü layihəsi olan TAP – Trans-Adriatik Boru Kəməri Türkiyədən başlayıb Yunanıstan, Albaniya ərazisindən keçməklə Adriatik dənizidən İtaliyaya qədər uzanır. Yunanıstandan keçən hissəsi uzun məsafədir. Şərqi Avropanın cənub sərhədləri boyunca ötür. Bu potensial Şərqi Avropa ölkələrinin Azərbaycandan qazından daha səmərəli istifadəsinə imkan yaradır. 

Eyni zamanda bir məsələni də qeyd edim ki, bütün ölkələr iqtisadiyyatlarını genişləndirmək istəyirlər. Burada təkcə enerji məsələsi deyil”. 

İqtisadçının sözlərinə görə, Avropanın Azərbaycanla enerji sahəsindəki əlaqələri digər sahələrdə əməkdaşlığa zəmin yaradır. Çünki Azərbaycan da idxal mallarından çox asılıdır:

“Azərbaycandan neft-qaz idxal edən Avropa ölkələri Azərbaycanı həm də özlərinin ixrac bazarı kimi görür”, - deyə Eldəniz Əmirov fikrini tamamlayıb. 


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin