Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü kəskin artırıldı

Hazırda oxunan: Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü kəskin artırıldı

59510

Ötən il Cənubi Qafqaz Boru Kəməri (CQBK) və onun genişləndirilmiş hissəsi (genişləndirilmiş boru kəməri – CQBKG) üzrə əməliyyat xərcləri 54 mln. ABŞ dolları olub. Bu göstərici 2020-ci ilin göstəricisi ilə müqayisədə 15% artıb. 

Bizim.Media-nın BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövründə CQBK və CQBKG üzrə əsaslı xərcləri təqribən 12 mln. dollar olub ki, bu da illik müqayisədə 7,7% azdır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan qaz ixracını kəskin artırdı


CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG (Cənub Qaz Dəhlizi çərçivəsində) isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Hesabata əsasən, ötən il CQBK-nin gündəlik orta ötürücülük gücü 48,5 mln. kubmetr olub ki, bu da illik müqayisədə 43,5% çoxdur.

CQBK-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, "SOCAR Midstream Operations" isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin