Maliyyə Nazirliyi Xarici İşlər Nazirliyində qanun pozuntuları aşkarladı

Hazırda oxunan: Maliyyə Nazirliyi Xarici İşlər Nazirliyində qanun pozuntuları aşkarladı

59500

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin ötən il Xarici İşlər Nazirliyində (XİN) apardığı nəzarət tədbirləri zamanı dövlət büdcəsində dəftərxana və təsərrüfat mallarının alınması üçün nəzərdə tutulmuş vəsaitin satıcı təşkilatların hesablarına köçürülməsinə baxmayaraq, həmin malların, habelə mətbəə blanklarının bir hissəsinin faktiki olaraq alınmadığı aşkar olunub. 

Bizim.Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
 

MÖVZU İLƏ BAĞLI:

Maliyyə Nazirliyindən inhisarçılıq və haqsız rəqabətlə bağlı AÇIQLAMA 


Məlumatda həmçinin deyilir ki, sözügedən XİN-də istifadə olunan kompüter avadanlığı və texniki vasitələr üçün ehtiyat hissələrinin, habelə hədiyyə və suvenirlərin alınması məqsədilə köçürülmüş vəsaitin müqabilində həmin material qiymətlilərinin xeyli hissəsinin faktiki olaraq alınmadığı, bankdan çıxarılaraq Nazirliyin kassasına mədaxil edilən büdcə vəsaitinin bir hissəsinin xərclənməsinə dair sənəd olmadığı halda isə məxaric edilməsi yolu ilə əsassız xərcləndiyi müəyyənləşib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin