Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusa görə tətbiq olunan bütün məhdudiyyətlərin fevralın sonunda qaldıracağını açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, mövcud məhdudiyyətlərin bir ay əvvəl ləğv edilə biləcəyini bildirib. Daha əvvəl məhdudiyyətlərin martın 24-də qaldırılacağı açıqlanmışdı.
Rəsmi məlumatlara görə, dünən COVID-19 testi müsbət çıxanların sayı 66 min 183 nəfər olub. Xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 314 nəfərdir. Xəstəxanalarda ümumilikdə 1421 koronavirus xəstəsi müalicəsi alır.
Həmçinin Böyük Britaniyada 12 yaşdan yuxarı insanların təxminən 85 faizi peyvəndin ən azı iki dozasını qəbul edib.
Bununla yanaşı bu ay Böyük Britaniyaya gələnlər üçün qaydalar da yumşaldılacaq.
Fevralın 11-dən ölkəyə gələn peyvənd edilmiş şəxslərdən COVID-19 testi tələb olunmayacaq. Peyvənd olunmayanlar üçün evdə özünütəcrid şərti qaldırılacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:25 / 10.02.2022
Britaniyada koronavirusla bağlı bütün məhdudiyyətlər ləğv olunur – CONSON AÇIQLADI
Hazırda oxunan: Britaniyada koronavirusla bağlı bütün məhdudiyyətlər ləğv olunur – CONSON AÇIQLADI
Hazırda oxunan: Britaniyada koronavirusla bağlı bütün məhdudiyyətlər ləğv olunur – CONSON AÇIQLADI
59430
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.