“Neftçi”dən FIFA-ya şikayət olundu

Hazırda oxunan: “Neftçi”dən FIFA-ya şikayət olundu

59350

“Neftçi”ni problemli tərk edən Harramiz Soareş paytaxt təmsilçisindən ciddi təzminat məbləği almaqda israrlıdır.

Bizim.Media futbolpress.az saytına istinadən xəbər verir ki, San-Tome və Prinsipidən olan futbolçu bu məqsədlə FIFA-ya şikayət ünvanlayıb. 31 yaşlı vinger “ağ-qaralar”dan müqaviləsinin nəzərdə tutulduğu qalan müddətin – ilyarımın pulunu tamamilə almaq niyyətindədir.

Bundan sonra məsələ hüquqi müstəvidə həllini tapmalıdır. FIFA futbolçunu haqlı hesab etsə, Azərbaycan klubu təzminat ödəməklə yanaşı, sanksiyaya da məruz qala bilər.

“Neftçi” keçən ilin yayında Portuqaliya “Eştoril”indən gətirdiyi oyunçu ilə müqaviləyə qışda təktərəfli qaydada xitam verib. Harramiz hazırda Pireney ölkəsində “Farense”nin formasını geyinir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin