Azərbaycan Boks Federasiyasının (ABF) İdarə Heyətinin yeni tərkibi müəyyənləşib.
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri seçiliblər.
M.Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı, Muxtar Respublika prokurorunun müavinidir. Vüsal Nəsirli isə əmək və əhalinin sosial müdafiəsi naziri, federasiyanın yeni prezidenti Sahil Babayevin müavinidir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev ilə boks üzrə Avropa çempionu Rövşən Hüseynov İdarə Heyətinə üzv seçiliblər.
Qeyd edək ki, əvvəlki rəhbərlikdən yalnız Məhərrəm Talıbov və Vüsal Nəsirli vitse-prezident postunda qalıb.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ABF prezidenti, Milli Məclisin sabiq deputatı və qurumun daha əvvəlki prezidenti Ağacan Abiyev I vitse-prezident, Qaradağ rayonunun icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov vitse-prezident vəzifəsində çalışıblar.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:44 / 09.02.2022
Boks Federasiyasında KADR TƏYİNATLARI – ADLAR
Hazırda oxunan: Boks Federasiyasında KADR TƏYİNATLARI – ADLAR
Hazırda oxunan: Boks Federasiyasında KADR TƏYİNATLARI – ADLAR
59325
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.