Rusiya paytaxtında Azərbaycan kinosu günlərinin açılışı olub.
Bizim.Media xəbər verir ki, “Azərbaycan kinosu. Retroperspektiva” adı altında reallaşan mədəniyyət tədbiri Moskvanın “İlluzion” kinoteatrında keçirilir.
Fevralın 7-dən 15-ə kimi moskvalılar üçün “Şərikli çörək”, “İstintaq”, “Bir cənub şəhərində” daxil olmaqla 19 Azərbaycan filmi nümayiş olunacaq.
Bizim.Media