Türkiyə və Azərbaycan vətəndaşları gələcəkdə icbari tibbi sığortadan qarşılıqlı istifadə edəcəklər.
Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
Onun sözlərinə görə, bu kimi məsələlər ötən il imzalanan Anlaşma memorandumunda əks olunub.
Həmin memorandum iki qurum arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından vacibdir.
Zaur Əliyev deyib ki, Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində bir çox layihələr həyata keçirilir.
Daha ətraflı videodan izləyin:
Bizim.Media